Çili Prezidenti Sebastyan Pinyera ölkədə 15 gün müddətinə fövqəladə vəziyyət elan edib. İCMAL.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, buna paytaxt Santyaqoda metroda gediş haqlarının qaldırılmasından sonra baş vermiş iğtişaşlar səbəb olub. Belə ki, metroda gediş haqlarının qaldırılmasına etiraz edən sakinlər metro stansiyalarının turniketlərini və şüşələrini sındırıblar. Polislə aksiyaçılar arasında qarşıdurma yaranıb, polis göz yaşardıcı qazdan istifadə etməklə zorakılıq törədənlərə müdaxilə edib. Baş verən iğtişaşlar zamanı 1 nəfər xəsarət alıb. Prezident S. Pinyera tariflərin yenidən nəzərdən keçiriləcəyini bəyan edib.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Qazaxıstanda hökumət istefa verdi
05.02.2024, 16:20 / Özəl, DÜNYA -
Çində iki uşağı pəncərədən ataraq öldürən cütlük edam edilib
02.02.2024, 18:13 / Özəl, DÜNYA -
Qəzzada ölənlərin sayı 27 mini keçib
01.02.2024, 16:39 / Özəl, DÜNYA -
Pakistanda keçmiş baş nazir İmran Xana 10 il müddətinə həbs verildi
30.01.2024, 14:22 / Özəl, DÜNYA -
Qana bütün Afrika ölkələri üçün vizaları ləğv etməyi planlaşdırır
29.01.2024, 13:08 / Özəl, DÜNYA -
Rusiyada neft emalı zavodunda yanğın baş verib
25.01.2024, 17:02 / Özəl, DÜNYA -
Rusiyada ukraynalı məhbusları daşıyan təyyarə qəzaya uğradı
24.01.2024, 14:27 / Özəl, DÜNYA