İlqar Dadaşov Nadir Abıyevin obyektində dünyasını dəyişib - İDDİA

OXUNUB: 1826 HADİSƏ

Bu ilin may ayının 20-də Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İlqar Dadaşovun vəfatı ilə bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü İlqar Dadaşovun vəfatı ilə bağlı xəbərdə deyilirdi ki, güya o Lənkərandan Bakıya gedərkən yolda ürəktutmasından ölüb.

Lakin redaksiyamıza verilən məlumata görə, heç də belə deyilmiş: mərhum İlqar Dadaşov 20.05.2017-ci il tarixində yaxın dostu Masallı rayon İcra Hakimkiyyəti başçısının birinci müavini Nadir Abıyevin "İsti Su”-da yerləşən obyektində olub və elə orada dünyasını dəyişib. Adını açıqlamaqdan imtina edən mənbənin xəbərində iddia olunur ki, İlqar Dadaşovun vəfat etdiyini eşidən Nadir Abıyev tez onu öz obyektindən çıxartdıraraq yol kənarındakı avtomaşına qoydurub.

Nadir Abıyevin belə bir addım atmasının səbəbi isə hansısa xoşagəlməz səs-küyə səbəb olmaq istməməsi olub. Deyilənə görə, İlqar Dadaşovla Nadir Əbiyev yaxın dost olublar. Əgər vaxtında tibbi müdaxilə edilsəydi, İlqar Dadaşovu həyata qaytarmaq mümkün olardı.

Sual olunur: Nadir Abıyev niyə və hansı səbəbə görə İlqar Dadaşovun cəsədini öz obyektindən uzaqlaşdırıb?

Məlumatın nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək üçün Nadir Əbiyevlə əlaqə saxlamağa çalışdıq. Amma səylərimiz nəticə vermədi.

Redaksiyadan: Bu məlumatda iddia edilənlərlə bağlı Nadir Abıyevin də mövqeyini yayımlamağa hazırıq./Vətəninfo.az

 

İcmal.Az

RƏYLƏR