“İnam Kərimov ona olan etimadı tam doğruldub” – Azər Verdiyev

OXUNUB: 259 İQTİSADİYYAT

Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlətimizin başçısı İlham Əliyev bildirib ki, kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələrə çatmağa imkan verəcək.

Məsələyə münasibət bildirən QALİB-in sədri, ekspert Azər Verdiyev nazir İnam Kərimovun apardığı ardıcıl siyasətin bu sahəyə müsbət təsir etdiyini dedi: "Azərbaycanda bütün sahələrdə islahatlar gedir. Prezident İlham Əliyev və I Vitse-Prezident Mehriban xanım Əliyeva birmənalı şəkildə ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı müham addımlar atırlar. Qeyri-neft sektorunun baza hissəsi isə kənd təsərrüfatına aiddir. Bu sahəyə ölkə rəhbərliyi hər zaman böyük diqqət ayırıbdır. Ancaq kadrların öz yerində olmaması inkişafı əngəlləyən əsas səbəblərdən biri idi. İnam Kərimovun təyinatından sonra bu sahədə ciddi islahatlar başladı, kənd təsərrüfatı ilə məşğul olan insanlar nazirə birbaşa çıxış əldə etdilər, dövlətdən açıq dəstək aldılar. Bu ilin son 9 ayını təhlil etsən görərik ki, bu qısa zamanda çox böyük uğurlara imza atılıbdır. Doqquz ayda 5700 kənd təsərrüfatı texnikası alınıbdır.Taxılçılığa göstərilən diqqət müsbət nəticəsini verir. Taxılçılıqla məşğul olan iri fermer təsərrüfatlarında hər hektardan təqribən orta hesabla 50 sentner məhsul götürülür. Əgər 2016-cı ildə Azərbaycanda 90 min ton pambıq yığılmışdırsa, bu il təqribən 250-260 min ton pambığın tədarükü nəzərdə tutulur. Müasir texnologiyaların tətbiqi, məhsuldar sortların əkini ilə daha yüksək məhsuldarlığa nail olmaq mümkündür və bunun üçün lazımi qədər əmək resursları, texnika mövcuddur. Hədəf isə hər hektardan məhsuldarlığı minimum 20 sentnerə çatdırmaqdır.”

7NEWS.az

RƏYLƏR