İndoneziya muzeyində qalmaqaldan sonra Hitlerin heykəli götürülüb

OXUNUB: 901 MƏDƏNİYYƏT

 İndoneziyanın Cokyakarta şəhərində yerləşən De ARCA mum fiqurlar muzeyinin əməkdaşları Osventsim həbs düşərgəsinin improvizə edilmiş girişi fonunda duran Adolf Hitlerin heykəlini hüquq müdafiəçilərinin tənqidlərindən sonra ekspozisiyadan çıxarıblar.

Art-obyekt Simon Vizental Mərkəzi, yəhudi hüquq müdafiə təşkilatının nümayəndələri tərəfindən tənqid olunub.

"Biz qəzəb yaratmaq istəmirdik. Hitlerin fiquru maarifləndirmə məqsədi ilə muzeydə saxlanılır", — deyə muzey rəhbəri Ceymi Misbax bildirib.

Əhalinin böyük əksəriyyətinin İslam dininə etiqad etdiyi İndoneziyada Holokost tarixi az diqqətə alınır./report

 

 

İcmal.Az

RƏYLƏR