İnternat məktəbindəki yaramazlıqları içtimailəşdirən xanıma təzyiqlər başlayıb - FOTOFAKT

OXUNUB: 682 HADİSƏ
Teref.az olaraq bir qədər əvvəl saytımızın Leyla Ucal adlı sosial şəbəkə istifadəçisinə istinadən içtimailəşdirdiyi Mərdəkanda validen himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində baş verən qanunsuzluqlarla bağlı "Ceyhun Bayramovun bundan xəbəri var? - Mərdəkanda validen himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində yaşanan dəhşətlər....İTTİHAM"
(http://teref.az/manset/115013-ceyhun-bayramovun-bundan-xeberi-var-merdekanda-validen-himayesinden-mehrum-olmus-usaqlar-ucun-nezerde-tutulmus-2-sayli-internat-mektebinde-yasanan-dehsetlerttham.html) yazımızdan sonra mətbuatda gedən xəbərə görə Təhsil Nazirliyi 2 nömrəli internatda yoxlamalara başlamışdır. Təhsil Nazirliyinin xeyirxah və qanuna uyğun əməlindən bizdə sevinərək bu xəbəri öz saytımızda yerləşdirdik.
Lakin Leyla xanımnın özü ilə əlaqə saxlaya bilməsəkdə (mütləq əlaqə quracayıq T.AZ) onun profilindəki statusu bizi Təhsil Nazirliyinin bu məsələdə rolunu şübhə altına alır.
Leyla xanım yazı;
"Müracətimi vaxtında araşdırmayan Təhsil Nazirliyi heç kimi vasitəçi salıb məndən postumu silməyimi istəməsin. İşlədiyim tədris mərkəzləri mənə görə məsuliyyət daşımır."
Belə görünür ki, Təhsil Nazirliyi içtimaiyyətin gözündən pərdə asmaq üçün komisiya şaiyəsini dövrəyə buraxıb.Lakin pərdə arxasında bu qalmaqalın müəllifi olan vicdanlı bir insana təzyiqlərə başlayıb. Leyla xanım yazır:
"Onalarla məni hədələmək lazım deyil. Yüzlərlə uşağın taleyini heçə sayan qurum necə olur ki, məsələ ictimayiləşəndə bu qədər "əl-ayağa" düşür. .."
Leyla xanımın yazdıqlarından aydın olur ki, ona təzyiqlər edirlər.İş yerindəndə təzyiqlər var.
Teref.az olaraq bu məsələdə içtimaiyyətin bizim bu vicdanlı və şərəfli qızımızın arxasında olacağını ümüd edərək, Təhsil Nazirliyni Azərbaycan Respublikasının qanunılarına hörmətlə yanaşmağa dəvət edirik.
Ən azından ölkənin prezidenti və 1-ci vitse prezidentindən örnək götürərək hərəkət etməlidirlər Bu uşaqlardanda gələcəyin Elinaları yetişdirməmək üçün onları sağlam kollektivə vermək, köhnələrini isə başqalarına örnək olaraq ciddi cəzalandırmaq lazımdılr
Məsələ diqqətiumizdədir.
Teref.az olaraq maraqlı tərəflərin hamısının fikirlərini dinləməyə hazırıq!
Teref.az 

Leyla Ucal

Müracətimi vaxtında araşdırmayan Təhsil Nazirliyi heç kimi vasitəçi salıb məndən postumu silməyimi istəməsin. İşlədiyim tədris mərkəzləri mənə görə məsuliyyət daşımır. Onalarla məni hədələmək lazım deyil. Yüzlərlə uşağın taleyini heçə sayan qurum necə olur ki, məsələ ictimayiləşəndə bu qədər "əl-ayağa" düşür. ..


RƏYLƏR