İran Ərəbistanı hədələdi — "Məkkə və Mədinədən başqa..."

OXUNUB: 921 DÜNYA
Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd Bin Səlmanın İrana aid bəyanatına cavab gəlib.


İranın müdafiə naziri Hüseyin Dehkan Səlmanın "Savaşı İranın sərhədlərinə doğru çəkməliyik"-fikrinə reaksiya verib. İranlı general Səudiyyəni hədələyib.

İranın müdafiə naziri deyib: "Səudiyyə Ərəbistanı hökuməti İrana qarşı axmaqcasına hərbi bir müdaxilə etsə, bu ölkədə müqəddəs şəhərlər xaric heç bir təhlükəsiz yer qalmayacaq".

"Səudiyyə Ərəbistanı savaşı İranın sərhədləri içinə daşıya bilərmi?"-sualına Dehkanın cavabı belə olub: "Səudiyyə bu işi necə edəcək bilmirəm. Onları belə bir axmaq iş görməmələri üçün xəbərdar edirəm. Əgər etsələr, Məkkə və Mədinədən başqa təhlükəsiz yer buraxmayacağıq"./olke.az

İcmal.Az

RƏYLƏR