İranın Avstriyadakı səfirinin iqamətgahına silahlı hücum olub, ölən və yaralanan var

OXUNUB: 709 DÜNYA

İranın Avstriyanın paytaxtı Vyanadakı səfirinin iqamətgahına naməlum şəxs tərəfindən silahlı hücum olub.

Bu barədə şəhər polisi öz "Twitter" mikrobloqunda yazıb.

"İran iqamətgahı: bıçaqla hücum etmiş şəxs Avstriya silahlı qüvvələri tərəfindən güllələnib", — deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, hücumu adı açıqlanmayan 26 yaşlı Avstriya vətəndaşı edib.

Silahlı insident nəticəsində bir hərbçi yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib./report

 

İcmal.Az

RƏYLƏR