İŞİD təyyarələri partlatmaq üçün noutbuklardan istifadə edə bilər

OXUNUB: 733 DÜNYA

İsrail kəşfiyyatı amerikalı həmkarlarına xəbərdarlıq edib ki, İŞİD yaraqlıları təyyarələri partlatmaq üçün noutbuklardan istifadə edə bilər.  

Bu barədə adı açıqlanmayan yüksəkvəzifəli şəxslərə istinadən The New York Times məlumat yayıb. 

Nəşr qeyd edir ki, kibertəhlükəsizlik sahəsində İsrail mütəxəssisləri müəyyən ediblər ki, yaraqlılar portativ kompüterlər üçün batareyaya bənzəyən və aeroportda rentgen aparatını yanılda biləcək partlayıcı hazırlayıblar.  

Bunu bir neçə ay öncə İsrail agentlərinin Suriyada partlayıcı qurğular hazırlayan terrorçu qrupun tərkibinə daxil olmaları nəticəsində üzə çıxarmaq mümkün olub.  

Bu məlumatlar mart ayında əhalisi, əsasən, müsəlmanlardan ibarət olan səkkiz ölkənin on aeroportundan təyyarələrdə ABŞ və Böyük Britaniyaya böyük elektron qurğuların daşınmasına qadağanın meydana gəlməsinə gətirib çıxardı. /oxu

İcmal.Az

RƏYLƏR