İslamiadada iştirakı baş tutmayan ölkələr – SİYAHI

OXUNUB: 987 İDMAN

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrin sayında dəyişiklik edilib.

İcmal.Az xəbər verir ki, Əməliyyat Komitəsindən APA-ya verilən məlumata görə, Sudan və Liviya idmançıları, həmçinin İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış etməli olan küveytlilərin yarışda iştirakı baş tutmayacaq.

İslamiadanın Əməliyyat Komitəsi, İHİF və bu ölkələrin olimpiya komitələri komandaların yarışa gəlməsi üçün əllərindən gələni etsələr də, bu səylər nəticəsiz qalıb.

Beləliklə, Bakıda 57 deyil, 54 ölkənin iştirakı baş tutacaq.

İcmal.Az

RƏYLƏR