İsrailə qarşı İslam Zirvəsində "Coca Cola" qalmaqalı - Fotolar

OXUNUB: 636 DÜNYA

İstanbulda İsrail əleyhinə təşkil edilmiş zirvə toplantısı maraqlı nüansla yadda qalıb.

Xəbər verdiyimiz kimi, dünən İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin liderləri İstanbulda toplaşıblar. Növbədənkənar zirvə görüşündə İsrailin dinc fələstinlilərə qarşı qətliam törətməsi və bundan sonra görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Zirvə görüşündən sonra iştirakçılara paylanılan iftar paketində "Coco-Cola” olub. Bu barədə məlumatı toplantıya qatılmış jurnalistlər veriblər.

Qeyd edək ki, tez-tez "Coco-Cola” şirkətinin İsrailə xidmət etdiyi və əldə olunan gəlirin müsəlmanlara qarşı istifadə edildiyi barədə iddialar səsləndirilir./Yenicag.az

 

İcmal.Az


RƏYLƏR