İstanbulda özəl təyyarə qəzaya uğrayıb (YENİLƏNİB)

OXUNUB: 640 DÜNYA

İstanbulun Atatürk hava limanında baş verən qəza nəticəsində dörd nəfər xəsarət alıb.

İcmal.Az-in Trend-ə istinadən məlumatına görə, xəsarət alanların üçü ekipaj üzvüdür, biri isə sərnişindir.

Qeyd olunur ki, təyyarə eniş edərkən qəzaya uğrayıb.

X X X

22:56

İstanbulun Atatürk hava limanında özəl təyyarə qəzaya uğrayıb.

İcmal.Az-in Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində hava limanında təyyarələrin uçuşu və enişi dayandırılıb.

Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

İstanbulun Atatürk hava limanında baş verən hadisə Bakıdan aviareyslərin yerinə yetirilməsinə təsir göstərməyib. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq hava limanından bildiriblər.

İcmal.Az

RƏYLƏR