Xəbər verdiyimiz kimi, Sumqayıtın 10-cu mikrorayonda yerləşən 40-cı evin ərazisində 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını quduz it dişləmiş və azyaşlının vəziyyəti ağırlaşmışdı.
Zeynəbin əmisi tərəfindən verilən məlumata görə, ağır vəziyyətdə olan uşaq bu gün dünyasını dəyişib.
Qeyd edək ki, hadisə iyulun 31-də baş verib. Daha əvvəl Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Baxşəliyev bildirmişdi ki, azyaşlı ölümcül vəziyyətdədir və onun sağalma ehtimalı yoxdur.
İcmal.Az