İspaniyanın Kataloniya bölgəsinin "müstəqilliyi"nə dair 2017-ci ildə qeyri-qanuni referendumun təşkilində günahlandırılan separatçı siyasətçilərə hökm oxunub. İspaniya Ali Məhkəməsinin bu gün elan etdiyi qərarla separatçı liderlər 13 ilədək həbs cəzasına məhkum ediliblər. Kataloniya separatçılıq hərəkatının iş üzrə adı keçən 12 üzvünün bəziləri qiyama çağırışda və israfçılıqda günahkar sayılıblar. Separatçılar arasında maksimum cəza Kataloniya muxtar vilayəti hökuməti rəhbərinin sabiq müavini Oriol Junkerasa verilib. O, 13 il müddətinə azadlıqdan məhrum edilib. Digər separatçılar isə müxtəlif illərə həbsə məhkum olunublar. Separatçılara verilən həbs cəzasının ümumilikdə 100 il olduğu bildirilir.
Ana səhifə
/
DÜNYA / Kataloniya separatçı hərəkatının rəhbərləri 100 il müddətinə həbs cəzasına məhkum ediliblər
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Qazaxıstanda hökumət istefa verdi
05.02.2024, 16:20 / Özəl, DÜNYA -
Çində iki uşağı pəncərədən ataraq öldürən cütlük edam edilib
02.02.2024, 18:13 / Özəl, DÜNYA -
Qəzzada ölənlərin sayı 27 mini keçib
01.02.2024, 16:39 / Özəl, DÜNYA -
Pakistanda keçmiş baş nazir İmran Xana 10 il müddətinə həbs verildi
30.01.2024, 14:22 / Özəl, DÜNYA -
Qana bütün Afrika ölkələri üçün vizaları ləğv etməyi planlaşdırır
29.01.2024, 13:08 / Özəl, DÜNYA -
Rusiyada neft emalı zavodunda yanğın baş verib
25.01.2024, 17:02 / Özəl, DÜNYA -
Rusiyada ukraynalı məhbusları daşıyan təyyarə qəzaya uğradı
24.01.2024, 14:27 / Özəl, DÜNYA