Kaytserfinq üzrə çempion Azərbaycana gəlir – VİDEO

OXUNUB: 1078 İDMAN

Kaytserfinq üzrə çempionatın qalibi məşhur atlet Ruben Laten Azərbaycana gəlir.  

İdmançı səfər zamanı kayt-serferlər ilə görüşəcək, ustad-dərsi keçəcək və onlar arasında yarışma keçirəcək. 

3-4 iyun tarixlərində baş tutacaq səfər zamanı Şurabadda (Xaçmaz) Kaytserfinq mərkəzində Azərbaycanda bu idmana yeni qədəm qoyanlar və təcrübəli kayt-serferlər üçün "açıq qapı” günü olacaq, arzu edənlər burada Ruben Lentendən kaytserfinq üzrə seminar dinləyə biləcəklər. 

Kaytserfinq  - idmançının lövhə üzərində kiçik paraşütün dartma təsiri altında hərəkət etdiyi idman növüdür. /oxu

İcmal.Az

RƏYLƏR