Kənd Təsərrüfatı və Vergilər nazirliklərinin fəaliyyəti yoxlanılıb

OXUNUB: 929 İQTİSADİYYAT

Hesablama Palatasının Kollegiya İclasının növbəti toplantısı keçirilib.

İclasda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət  Baytarlıq Nəzarəti Xidmətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və Xidmət tərəfindən büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, eləcə də, Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair auditin nəticələri müzakirə edilib. 

Audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunmasına qərar verilib. /oxu

İcmal.Az

RƏYLƏR