İŞİD-in İraqın Kərkük şəhərində həyata keçirdiyi silahlı hücumda 3-ü polis olmaqla 5 nəfər həyatını itirib.
7NEWS.az xəbər verir ki, silahlılar Taze rayonunun Sami əl-Asi kəndlərində buğda sahələrini yandırıb, yanğını söndürmək üçün bölgəyə gələn təhlükəsizlik qüvvələrinə və kəndlilərə atəş açıb. Hücumdan sonra bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib, yaraqlıların tutulması üçün işlərə başlanılıb.
7NEWS.az