Bu gün "Keyxanım” ləqəbi ilə tanınan aktrisa Ülviyyə Əliyevanın toyudur.
İcaml.Az xəbər verir ki, şəhər restoranlarından birində baş tutan məclis mediaya qapalı keçirir.
Qeyd edək ki, aktrisanın həyat yoldaşı Manaf Muxtarov Rusiyada yaşayır. Bu Manaf bəyin ikinci evliliyidir. Onun ilk nikahdan bir qız övladı var. Rusiyada yaşayan Manaf bizneslə məşğuldur. Cütlüyün toyu həm Bakıda, həm də Rusiyada gerçəkləşəcək.
Onu da əlavə edək ki, bu, 37 yaşlı "Keyxanım”ın da ikinci evliliyidir. Aktrisanın ilk evliliyi öz həmkarı ilə olmuşdu.
İcmal.Az