Klimtin yoxa çıxmış rəsmi təqaüdçünün şkafından çıxdı

OXUNUB: 978 MƏDƏNİYYƏT

Avstriyada rəssam Qustav Klimtin uzun müddət itirilmiş hesab olunan eskizi aşkarlanıb.

Bu barədə ORF radiosunun saytında məlumat yayılıb.

Məlum olub ki, "Uzanan iki nəfər” adlı rəsm Lins şəhərində, müasir incəsənət muzeyində katibə işləmiş avstriyalı qadında olub. O, 1977-ci ildə təqaüdə çıxıb. Eskiz 1951-ci ilə kimi muzeydə saxlanılıb, ancaq rəsm sahibinin varisi Olqa Yeqer əsəri qaytarmağa çalışan zaman onun yoxa çıxdığının fərqinə varıb.

Aydın olub ki, katibə eskizi uzun illər öz şkafında saxlayıb. Qadının vəkili bildirir ki, mərhumun vəsiyyətinə görə, rəsm şəhər administrasiyasının mülkiyyətinə ötürülüb.

Xatırladaq ki, bundan əvvəl yanvar ayında, ABŞ-da Tinek şəhərinin üç sakininin Rembrantın yoxa çıxmış əsərini 800 dollara satmağa çalışdığı ortaya çıxmışdı.Ucuz qiymətə əldə olunan rəsm 1930-cu illərə kimi həmin sakinlərin evindən asılıb./oxu

 

İcmal.Az

RƏYLƏR