Könül Xasıyevanın səhhəti yenidən pisləşdi

OXUNUB: 1280 MƏDƏNİYYƏT

Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, yaxın günlərdə xəstəxanaya yerləşdiriləcək.

Bu barədə AzVision.az-a Xalq artisti özü məlumat verib.

O, vəziyyətinin yaxşı olmadığını deyib: "Bir müddət ağrılarım səngimişdi. Ayaqlarımda və belimdə yenidən ağrılar baş qaldırıb. Ağrılar o qədər şiddətlənib ki, evdə qala bilmirəm, xəstəxanaya yerləşdiriləcəyəm".

Xalq artisti maddi durumunun da yaxşı olmadığını söyləyib: "İşləmirəm, gəlirim yoxdur. Məni bütün hallarda sağlamlığım maraqlandırır. Qalanları boş şeydir. İndi bacılarım yanımda qalır. Onlar mənə qulluq edirlər”.

Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir./oxu

İcmal.Az

RƏYLƏR