Kürdəmir sakini güllələnərək öldürülüb - YENİLƏNİB

OXUNUB: 1188 HADİSƏ

Kürdəmir rayonunda 21 yaşlı oğlan güllələnərək öldürülüb.

Rayonun İsmayıllı kənd sakini, 1997-ci il təvəllüdlü Kənan Əhmədli ov tüfəngindən açılan atəş nəticəsində ölüb. 

Ailə üzvlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib: "Tüfəngi təmizləyirdi. Qəfildən güllə səsi eşitdik və gəlib gördük ki, Kənan yerdə qan içində uzanıb".

Həkimlər isə ailəsinin verdiyi məlumatı təkzib edərək bildiriblər ki, K.Əhmədli sağ boyun nahiyəsindən odlu silahdan açılan atəş nəticəsində ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


***8:45

 Kürdəmirdə müəmmalı ölüm hadisəsi baş verib.

Hadisə İsmayıllı kəndində qeydə alınıb.

Belə ki, Əhmədli Kənan Ziyad oğlunun meyiti yaxınları tərəfindən xəstəxanaya gətirilib. 

K.Əhmədlinin meyiti morqa yerləşdirilib. Mərhumun intihar etdiyi, yaxud öldürülməsi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.  /report

 

İcmal.Az

RƏYLƏR