Lənkəranda güllə yarası alan yeniyetmə suya yıxılaraq boğulub

OXUNUB: 551 HADİSƏ
Lənkəranın Balıqçılar qəsəbəsində yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

İcmal.Az report-a istinadən xəbər verir ki, ilkin məlumata görə, 2002-ci il təvəllüdlü Axundov Heydər Fuad oğlu ehtiyatsızlıqdan özünü odlu silahdan açılan atəş nəticəsində yaralayıb.

Nəticədə o, suya yıxılıb və orada köməksiz vəziyyətdə qalaraq boğulub.

Hadisə baş verən zaman onun yanında kiminsə olub-olmadığı öyrənilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR