Lənkəranda kişini qatar vurdu – YENİLƏNİB

OXUNUB: 774 HADİSƏ

Lənkəranda qatar vuraraq öldürdüyü kişinin şəxsiyyəti müəyyənləşib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, ölən şəxs 1995-ci il təvəllüdlü Lənkəran sakini Hüseynli Tural Rza oğludur.

Qatarın piyadanı vurması səbəbindən Astaradan Bakıya gedən sərnişin qatarının hərəkəti dayandırılıb. Lakin bir qədər sonra hərəkət bərpa olunub.

Hadisə dəmir yol xəttinə paralel ərazidə yerləşən "Sahil" istirahət parkının arxasında, dəmir yol vağzalından təxminən 2 km məsafədə baş verib.

22:41

Lənkəranda dəmir yol xəttini keçmək istəyən kişini qatar vurub öldürüb.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəranda sahil parkında qeydə alınıb. Hələlik kimliyi məlum olmayan kişi dəmir yol xəttini keçmək istəyərkən, onu qatar vurub.

Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, xəsarət alan şəxsi xilas etmək mümkün olmayıb. 
 
 
İcmal.Az

RƏYLƏR