Lənkəranda “Velosiped idmanında gender bərabərliyi” mövzusunda tədbir

OXUNUB: 28 İDMAN

"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyilə regionlarda yeniyetmə və gənclər arasında velosiped idmanına marağı artırmaq və bu idman növündə gender bərabərliyini təmin etmək məqsədi ilə «Gənc velosipedçilər» ictimai birliyi, velosiped idmanı federasiyasının və respublika olimpiya velosiped məktəbinin təşkilatçılığı ilə «Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi» mövzusunda növbəti seminar – təlim və veloyürüş 3-4 dekabrda Lənkəranda keçirilib.

Tədbirdə 200 yaxın yeniyetmə və gənc iştirak edirdi, təlimçilər tərəfindən qızların və oğlanların bu idman növünə cəlb edilməsindən, velosiped idmanın gender əsaslı zorakılığa qarşı mübarizədə qızların və qadınların səlahiyyətlənməsində əhəmiyyətindən, bu idman növünün qadın reproduktiv sağlamlığında rolu və ondan düzgün istifadə qaydalarından bəhs edilib.

Sonra gənc qızlara əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək, diskusiyalar aparılıb, gəncləri və yeniyetmələri maraqlandıran suallar cavablandırılıb. Yeniyetmə və gənclərə bu idman növündən və qadın hüquqlarından bəhs edən kitablar və müxtəlif çap materialları paylanılıb. Layihənin sonuncu günü şəhərin 100 yaxın oğlan və qızlarının iştirakı ilə veloyürüş keçirilib.

İcmal.Az

RƏYLƏR