“Lider”in canlı yayımında “şey” zarafatı - VİDEO

OXUNUB: 979 ŞOU-BİZNES

Efir teleməkanımızda daha bir enişi "Lider” telekanalı yaşayır.

O "Lider” telekanalı ki, vaxtilə bu meydanda lider olacağını iddia edib, yetərincə intellektual və səviyyəli şouları ilə tamaşaçıları ekrana kilidləyirdi.

Təəssüf ki, onlar da zamanın axınına və məsuliyyətsizlik hissinə yenik düşdü. Proqramlar keyfiyyətini itirdi, insanların telekanala olan marağı azaldı.

Telekanal o hala gəldi ki, ekran Sərxan Kərəmoğluna, Könül Yusifqızına möhtac qaldı.

Vəziyyətdən sui-istifadə edən bu "aparıcı”lar isə səviyyəsiz addımları, hərəkətləri ilə tamaşaçının qarşısına çıxmaqdan utanmadı.

Yusifqızına əmanət olunan proqram gecəyarısı efirə gedən "Yarasa”dır. Yarasanın "gecə quşu” olduğunu, yəqin ki, çox yaxşı bilirsiniz.

Qaranlıq düşən kimi öz yuvasından çıxıb, ətrafa nəzər salır və qaynayır...

"Yarasa” olmağın yükünü çiyinlərinə götürən aktrisa bu dəfə reytinq üçün büstqalter geyinmədən proqrama çıxmağı məsləhət bilib.

Sözsüz ki, Yusifqızının istəyi büsqlatersiz görüntüsü ilə saytlarda xəbər mövzusuna çevrilmək imiş... Ki, bu istəyinə də çatıb.

Məqsədinə çatandan sonra isə açıqlama verib ki, bəs gərək geyinəydim, kürək dekoltemdən görünəydi? 

Bu xəbərin müzakirəsi soyumamış "aparıcı” verilişində daha bir biabırçılığa imza atıb.

O, proqram zamanı qonaqlardan biri – Gülya Bakinskayanın "Hər şeyin yaxşısı az olur” sözünə "Hər şey deyəndə ki, cümlənin ortasında yaddan çıxan sözə və ya söz birləşməsinə "şey”, "zad” deyilir”, - deyə cavab verib.

Gülya Bakinskaya daha sonra "Mən başlasam, türkün məsəli, qurtarmaq bilmirəm” sözlərini işlədib.

Onun bu sözləri studiyada gülüşlə qarşılanıb.

Səviyyəsiz dialoqlara səhnə olan bu proqramın digər tayı isə yuxarıda qeyd etdiyimiz kimi, Sərxan Kərəmoğlunun aparıcılıq etdiyi "Evimin qonaqları”dır.

Hansı ki, bu proqram zamanı Kərəmoğlu öz "yanıq”lığını peşəkarcasına tamaşaçılara nümayiş etdirir.

O, gah gələn qonağı qucağına alır, gah boynundan öpür, gah da öpüşmə səhnələrini canlandırır. Bütün bunlara isə kanal rəhbərliyinin reaksiyası sıfır dərəcəsindədir. 

Nəticədə Azərbaycan tamaşaçısı milli və mənəvi dəyərlərə zidd olan bu proqramlara baxmaq məcburiyyətində qalır.

Və əlbəttə ki, sual yaranır - hansı günahlarına görə azərbaycanlı tamaşaçı bu biabırçılığı izləmək məcburiyyətindədir? Niyə "Lider”in efir verdiyi Yusifqızı, Kərəmoğlu kimi zatlar, o cümlədən, telekanal rəhbərliyi hesab edirlər ki, bu xalq onların daxili mənəviyyatını əks etdirən söhbətlərinə qulaq asmağa, hərəkətlərini izləməyə məcburdurlar? 

Əsas sual isə çox sadə səslənir - bu biabırçılığa nə vaxt son qoyulacaq?

İcmal.Az

RƏYLƏR