Ölkəmizin “Eurovision”ın finalında çıxış nömrəsi müəyyənləşdi

OXUNUB: 672 ŞOU-BİZNES
Eurovision 2017" Mahnı Müsabiqəsinin final mərhələsində iştirakçıların çıxış edəcəyi sıralama müəyyənləşib.


İcmal.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycanı "Sceletons" mahnısı ilə müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.
 
Mayın 13-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək finalda müsabiqə iştirakçılarının sıralaması belədir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa. 
 
İcmal.Az

RƏYLƏR