Londonda 27 mərtəbəli binada yanğın: Ölən var – VİDEO + YENİLƏNİB

OXUNUB: 848 DÜNYA

İngiltərə paytaxtında 27 mərtəbəli binada baş verən yanğını söndürmək mümkün olmayıb.
 
İcmal.Az APA-ya istinadən xəbər verir ki, yerli mətbuat binanın hər an çökə biləcəyi barədə məlumatlar yayır. 

150 mənzilli binanın sakinlərindən içəridə qalanların olduğu, onlardan bəzilərinin özlərini binadan atdıqları bildirilir.

Məlumata görə, artıq 1 nəfər ölüb, 30 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

----

Londonda Grenfell Tower çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, bu barədə paytaxtın polis idarəsi məlumat yayıb. 

"Londonun polis, yanğınsöndürmə bölməsi və təcili yardım xidmətinin əməkdaşları hazırda hadisə yerindədirlər. Təxliyyə işləri aparılır”, - Skotland-Yardın bəyanatında deyilir.  

İcmal.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ən azı 30 nəfər xəsarət alıb. 

Polis paytaxt vətəndaşlarına yanğına yaxın rayonlardan mümkün qədər yan keçməyi tövsiyə edib. Təfərrüatlar açıqlanmır.

Londonun qərbində Grenfell Tower çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər xəsarət alıb. 

İcmal.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Londonda yaşayış binasında baş verən yanğın nəticəsində xəsarət alan 15 nəfər tüstüdən zəhərlənib.  
 
----
Londonda 27 mərtəbəli binada yanğın baş verib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, ikinci mərtəbədə başlayan yanğının miqyası qısa müddətdə genişlənib və bütün binanı əhatə edib.

Yerli vaxtla saat 01:15-də başlayan yanğının səbəbi bilinmir. Hadisə yerinə xeyli polis, onlarla yanğınsöndürən maşın və 200 yanğınsöndürən cəlb olunub. Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.

Hələlik içəridə insanların olub-olmadığı məlum deyil. Hadisə şahidləri içəridən insan səsləri gəldiyini bildirsələr də, hələlik heç bir rəsmi açıqlama verilməyib.

Agentliklər 30 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.

RƏYLƏR