“Ölümə yox” adlı layihə çərçivəsində maarifləndirici tədbirlər həyata keçirilib

OXUNUB: 483 Özəl QHT SOSİAL
Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Ölümə yox” adlı layihə çərçivəsində Kürdəmir rayon 1 saylı orta və Atakişili kənd orta məktəblərində maarifləndirici tədbirlər həyata keçirmişdir. Tədbir zamanı 9,10 və 11 sinif şagirdlərinə "Ölümünü sifariş edənlər” sənədli filmi nümayiş etdirilmiş və şagirdlərlə film haqqında müzakirələr aparılmışdır. Tədbirlərdə Mərkəzi Aran Regional təhsil idarəsinin Kürdəmir Rayonu üzrə təhsil sektorunun müdiri Rafael Məmmədov, metod kabinetinin direktor əvəzi Mehman Osmanov və 1 saylı orta məktəbin direktoru Vügar Nəsirov çıxış edərək layihənin vacibliyindən və belə tədbirlərin mütəmadi keçirilməsi arzusunda olduqlarını bildirdilər. 21-ci əsrin bəlası olan narkomaniyanın qarşısının alınması üçün maarifləndirmənin ən gözəl vasitə olduğunu qeyd etdilər. Azərbaycan Maarifçi Gənclər Təşkilatının rəhbəri Aslan Mərziyyə gənclərə bu sahədə ayıq olmağı və tədbir çərçivəsində əldə etdikləri vəsaitlərdən daha çox insanın maarifləndirilməsi üçün istifadə etmələrini tövsiyə etdi, layihənin maliyyə dəstəyinə görə Gənclər və İdman Nazirliyinə, texniki dəstək üçün Kürdəmir rayon İcra Hakimiyətinə, xüsusəndə İcra Hakiminin muavini Vəsilə Əsgərliyə təşəkkürünü bildirdi. Tədbirin sonunda iştirakçılara filmi özündə əks etdirən disk, maarifləndirici buklet və dəftərxana ləvazimatları paylanıldı. Layihə çərçivəsində ümümi 200 nəfər şagird maarifləndiriləcək.
 
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Açıklama yok.
Açıklama yok.

Açıklama yok.
Açıklama yok.

RƏYLƏR