Mahir Mədətov “Beşiktaş”a gedir? – YENİLƏNİB

OXUNUB: 948 İDMAN

"Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib: 

"Bu xəbər yalandır. Mahir Mədətov "Beşiktaş”a transfer olunmayıb. Hücumçumuz karyerasını "Qarabağ”da davam etdirir”.

10:38

"Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Mahir Mədətovun "Beşiktaş”a  transferi geniş müzakirələrə səbəb olub.

İcmal.Az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu gün Türkiyə mətbuatı Mədətovun artıq İstanbul klubu ilə müqavilə imzaladığını yazıb. 

Qardaş ölkədən olan həmkarlarımız, hətta buna aid foto da paylaşıb. 

 

İcmal.Az

RƏYLƏR