Masallıda məktəb yoldaşını qətlə yetirən ŞAGİRD TUTULDU

OXUNUB: 814 HADİSƏ
Daxili İşlər Nazirliyi Masallıda məktəblinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

İcmal.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalarla K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.
 
İ. Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub. 
 
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır. 
 
İcmal.Az
 

RƏYLƏR