"Ümid edirəm ki, ABŞ və Avropa ölkələri münaqişədənsə, Rusiya ilə dostluq etməyin daha yaxşı olduğunu anlayacaqlar”.
İcmal.Az xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmirti Medvedev "Kommersant” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, dialoqun qaydaya salınması üçün qapılar hələ bağlanmayıb.
"Düşünmürəm ki, bu vəziyyət (Rusiya və Qərb ölkələrinin gərgin münasibətləri – red.) əbədi olacaq. Ümid edirəm ki, ABŞ və Avropa Rusiya ilə dostluğu daha üstün tutacaqlar. Bunun üçün qapılar hələ bağlanmayıb”, - baş nazir deyib.
İcmal.Az