Meksikanın Xaliskо ştatındakı gizli məzarlıqda 6 cəsəd tapılıb.
İcmal.Az report.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ştatın prokuroru Raul Sançes deyib.
Onun sözlərinə görə, cəsədlərdən 5-i kişinin, 1-i isə qadınındır.
Qeyd edək ki, narkomafiya arasında müharibənin getdiyi Meksikada bu cür hadisələr adi hala çevrilib. Əvvəllər daha dəhşətli tapıntılar Gerrero, Verakrus və Morelos ştatlarında aşkarlanıb.
İcmal.Az