Meksikada körpə xaç suyuna salınarkən kilsə çökdü - 11 ölü

OXUNUB: 621 DÜNYA

Meksikanın Puebla ştatında yeraltı təkanlar nəticəsində kilsələrdən biri çöküb. 

İcmal.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə zamanı 11 nəfər, o cümlədən 4 uşaq həlak olub.

Qeyd olunur ki, həmin an kilsədə yeni doğulan körpənin xaç suyuna salınma mərasimi keçirilirmiş.

İnsident nəticəsində daha 3 nəfərin xəsarət aldığı bildirilir.

Son məlumata görə, dağıntılar altında 2 nəfər qalmaqdadır. Hazırda hadisə yerinə xilasedicilər və təcili tibbi yardım cəlb olunub.

İcmal.Az

RƏYLƏR