Məmmədyarovla Nalbandyanın görüşü başa çatıb – YENİLƏNİB

OXUNUB: 864 SİYASƏT

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başa çatıb. 

İcmal.Az-ın məlumatına görə, bu barədə  "Twitter” səhifəsində Ermənistan XİN mətbuat katibi Tiqran Balayan bildirib.

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb. Təfərrüatlar barədə az sonra” – deyə Balayan qeyd edib.

----

Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəmalri Edvard Nalbandyanın görüşü başlayıb.

İcmal.Az-ın xəbərinə görə, bu barədə  Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan "Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunub və həmsədrlərin iştirakı ilə keçirilir.

İcmal.Az

RƏYLƏR