Merkel Yunkerə zəng etdi, o isə telefonu söndürdü - VİDEO

OXUNUB: 663 DÜNYA

Avropa Birliyi Komissiyasının sədri Jan Klod Yunkerin Slovakiya prezidenti Robert Fiko ilə Brüsseldə ortaq mətbuat konfransı zamanı maraqlı hadisə yaşanıb.

Yunker tədbirdə çıxış edərkən telefonuna zəng gəlib. Bu zaman o, konfrans iştirakçılarına "Üzr istəyirəm, həyat yoldaşım zəng edir” deyə bildirdikdən sonra ekrana baxıb və zəng edən şəxsin xanımı yox, Almaniya kansleri Angela Merkel olduğunu görüb.

Sədr daha sonra "Xeyr, zəng edən xanım Merkel idi” deyib. Robert Fiko başda olmaqla, hər kəs gülüb. 

Qeyd edək ki, hazırda tətildə olan A. Merkelin siyasətçiyə niyə zəng etdiyi ölkədə müzakirə mövzusu olub.  Alman KİV-i xəbəri "Merkel zəng etdi, Yunker isə telefonu söndürdü” başlığı ilə dərc edib./qafqazinfo

İcmal.Az

RƏYLƏR