Məşhur bank təcrübəyə gəlmiş tələbələrə buklet payladır - Yenilənib

OXUNUB: 601 Özəl İQTİSADİYYAT

Sosial şəbəkələrdə "Nikoil Bank” barədə xoşagəlməz məlumatlar yayılıb.

Bankın təcrübə proqramı üçün gələn tələbələrə küçələrdə buklet paylatdırdığı bildirilir.

Buna etiraz edən tələbələr yazıblar ki, bank sistemi ilə tanış etmək əvəzinə onlara buklet paylatdırmaq proqrama ziddir.

Bəzi tələbələrin bundan imtina edərək proqramı yarımçıq tərk etdiyi bildirilir.

***

Şirkətin PR meneceri Nurlana Musayeva "Yeni Sabah”a məsələ ilə bağlı açıqlama verib. O, yazılanların heç bir həqiqətə uyğun olmadığını bildirib: "Tələbələrin təcrübə müddətində buklet bağlaması məlumatı doğru deyil. 

Ola bilər ki, hansısa tələbə təcrübə müddətini tam başa vurmayıb və ya narazı gedib o zaman belə bir şey yazıb. Amma bizim bu işlə məşğul olan xüsusi şirkətimiz var. Hansı ki, bukletlərin paylanması həmin şirkət tərəfindən həyata keçirilir”.

RƏYLƏR