Milli Məclisin bu ay keçirilməsi nəzərdə tutulan iki iclasının vaxtı dəyişdirilib.
İcmal.Az xəbər verir ki, parlamentdən APA-ya bildirilib ki, ləğv olunub, iki iclas birləşdirilərək, başqa günə keçirilib. Plenar iclas mayın 31-ə təyin olunub. Bu, MM-in yaz sessiyasında sonuncu iclası olacaq.
Qeyd edək ki, MM-in iclaslarından biri mayın 23-ə, digəri isə mayın 30-a təyin edilmişdi.
İcmal.Az