Mingəçevir sakini bıçaqlandı

OXUNUB: 699 HADİSƏ
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə ötən gecə qeydə alınıb. Şəhər sakini 1986-cı il təvəllüdlü Camalov Elsevər Sərdar oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Araşdırma zamanı məlum olub ki, Elsevər Camalov həmyerlisi tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs qaçıb. Hazırda Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən onun saxlanılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. /apa
 
İcmal.Az

RƏYLƏR