Mingəçevirdə 34 yaşlı kişi bıçaqlanaraq öldürülüb - YENİLƏNİB

OXUNUB: 813 HADİSƏ

Mingəçevirdə 34 yaşlı Pərviz Məmmədovu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1990-cı il təvəllüdlü Eldar Abbasov saxlanılıb.

Saxlanılan şəxs polisə ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini, P. Məmmədovun iki dəfə onun həyat yoldaşına zəng etdiyini bildirib. 

Qeyd edək ki, hadisə P. Məmmədovun işlədiyi bərbərxanada, İ. Qayıbov küçəsində baş verib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb.


***14:56

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Pərviz Məmmədov iş yerinin yaxınlığında bıçaqlanıb. Bir neçə bıçaq xəsarəti alan P. Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onun Eldar Abbasov tərəfindən öldürüldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır./report

İcmal.Az

RƏYLƏR