Axşam saatlarında Mingəçevir şəhərində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Lada Priora” markalı avtomobil şəhərin M.Maqomayev prospektindəki işıqforlardan birinin qarşısında taksi fəaliyyəti ilə məşğul olan "VAZ-21 06”ya çırpılaraq aşıb.
Nəticədə hər iki avtomobilin sürücüsü və "Prirora”da olan 3 sərnişin ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı yaralanan 5 nəfərdən 3-ü kişi, 2-si isə qadındır.
Faktla bağlı araşdırma aparılır./report
İcmal.Az