Moskva icazə verməyəcəyi halda... - Türkiyənin “B planı” HAZIRDIR

OXUNUB: 628 DÜNYA

Rusiya Afrin əməliyyatında hava məkanından istifadə üçün Türkiyəyə icazə verməyəcəyi halda, Ankara "B planı”nı tətbiq edəcək.

Xəbərə görə, Ankara-Moskva xəttində Afrin əməliyyatı ilə bağlı danışıqlar davam etdirilir. Bildirilir ki, Türkiyə Silahlı qüvvələrinin Baş qərargah başçısı Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan Fidanın Moskvaya dünənki səfərinin əsas gündəmi də məhz Afrin əməliyyatı olub.

Sayt qeyd edir ki, Türkiyə Rusiyadan Lazkiye və Xmeymim bazalarında yerləşdirilən S-400 hava hücumundan müdafiə sistemlərinin söndürülməsini istəyib. Eyni zamanda, Hulusi Akar Afrin əməliyyatında Suriya hava məkanından istifadə edilməsi üçün icazə istəyib. General PYD/YPG terror təşkilatının mövqelərinin bombalanması üçün Suriyanın hava məkanından istifadənin zəruriliyini vurğulayıb.

Təhlükəsizlik mənbələri də "Fərat Qalxanı” bölgəsi ilə müqayisədə dağlıq və qayalıqların olduğu Afrində hava əməliyyatının vacib olduğunu bildirirlər.

Rusiyanın Türkiyəyə hansı cavab verdiyi hələlik bilinmir. Moskvadan mənfi cavab alınarsa, ölkə daxilindən qırıcıların lazerlə işarələdiyi hədəflər yeni nəsil lazerli yönləndirmə dəsti (LGK) ilə idarə olunan və həssas yönləndirmə dəsti (HGK) ilə komplektləşdirilmiş aviabombalardan istifadə olunmaqla məhv ediləcək./publika

İcmal.Az

RƏYLƏR