Moskvada şok - Azərbaycanlı biznesmen diri-diri basdırıldı

OXUNUB: 1047 HADİSƏ
Rusiyada azərbaycanlı iş adamı diri-diri basdırılıb.

BakuPost.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə 30 milyon rubl borca görə olub. Məlumata görə, adı çəkilməyən iş adamları Moskvada Hikmət Salayev adlı biznesmendən 30 milyon rubl tələb ediblər. Onun sözügedən məbləği ödəyə bilməyəcəyini öyrəndikdə isə mobil telefonla birlikdə diri-diri torpağa basdırıblar.

H.Salayev qəbirdən qardaşı İsmayıl Salayevə zəng edərək ondan kömək istəyib. İ.Salayev quldurlara 1,2 milyon rubl və özünün BMW-535 markalı avtomobilini verib. İstədiklərini aldıqdan sonra onlar H. Salayevin basdırıldığı yeri göstəriblər.

İsmayıl Salayev qardaşını qəbirdən çıxarıb və xəstəxanaya aparıb. Məlumata görə onun qabırğası sınıb.
 


RƏYLƏR