Moskvanın mərkəzində killer erməninin başından dörd güllə vurdu – VİDEO

OXUNUB: 708 DÜNYA

Moskvanın mərkəzində Novoslobdskaya küçəsində erməni əsilli Georgi Aqabjanovun qətlə yetirilməsinin görüntüləri yayılıb.

 1979-cü il təvəllüdlü G.Aqabjanovun başından dörd güllə vurulub.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, killer qurbanını izləyib və avtomobildən çıxan kimi ona atəş açaraq qətlə yetirib.

Rusiya KİV G.Aqabjanovun biznesmen olduğu barədə yazsa da, onun qohumları mərhumun sürücü işlədiyini və qatilin onu səhv saldığını bildiriblər.  

Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi açılıb, araşdırma aparılır./oxu

İcmal.Az

RƏYLƏR