Müsəlmanlara dəhşətli zülm: Başlarını kəsirlər, diri-diri yandırırlar – FOTO

OXUNUB: 793 DÜNYA

Myanmada müsəlmanların dəhşətli soyqırımı davam edir.

Arakan bölgəsində son günlərdə 100 mindən çox vətəndaş yurdundan qovulub.

Buddistlər müsəlmanların kəndlərini mühasirəyə alıblar. Bu adamlar Myanma hökumətinə məktub yazıb məsum olduqlarını bildirərək, mühasirənin qaldırılmasını  və kəndlərdən evakuasiya edilmələrini tələb ediblər. Lakin Myanma hökuməti cavab da verməyib.

KİV-in məlumatına əsasən, Myanmada qadın və körpələrin başları kəsilir, onları diri-diri yandırırlar.

Qeyd edək ki, Arakan müsəlmanları 2012-ci ildən Myanma hökuməti tərəfindən sıxışdırılır, kütləvi şəkildə qırğınlara məruz qalırlar./oxu

 

RƏYLƏR