Müslüm Maqomayevin abidəsinin ucaldılacağı yer məlum olub

OXUNUB: 406 MƏDƏNİYYƏT

"Müslim Maqomayevin heykəlinin ucaldılması ilə bağlı Cənab Prezidentin fərmanı var, bu sahədə işlər davam etdirilir”.

"İcmal.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib:

"Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bir sıra nailiyyətlər əldə edib. Müslüm Maqomayevin heykəlinin hazırlanması ilə bağlı işlər aparılır”.

BŞİH başçısı Müslim Maqomayevin heykəlinin ucaldılacağı yerlə bağlı məsələyə də münasibət bildirib:

"Abidənin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var. Bu məsələyə görkəmli ziyalılar və mütəxəssislərin iştirakı ilə baxılır. Nəticə əldə olunandan sonra ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin martın 12-də "Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında” sərəncam imzalayıb.

RƏYLƏR