Myanma Aİ-nin rohinca müsəlmanları ilə bağlı təklifindən imtina edib

OXUNUB: 531 DÜNYA

Myanma hökuməti Avropa İttifaqının (Aİ) ölkənin rohinca müsəlmanlarının yaşadığı qərb bölgəsindəki vəziyyəti müstəqil şəkildə araşdırmaq təklifindən imtina edib.

İcmal.Az Report-a  istinadən xəbər verir ki, bu barədə Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan Myanmada keçirilmiş Asiya-Avropa XİN başçıları görüşünün yekununda bildirib.

"Görüşdə bənzər təkliflər oldu, lakin Myanmanın dövlət müşaviri və xarici işlər naziri Aun San Su Çji hamını əmin etdi ki, beynəlxalq ictimaiyyətin daha əvvəl rohincalarla bağlı məsələdə tövsiyə etdiyi bütün tədbirlər yerinə yetirilir. Üstəlik, yerli xüsusi komissiyanın lazımi araşdırmaları apardığı bildirildi", - V.Balakrişnan vurğulayıb.

Onun sözlərinə görə, Myanma hökumətinə yaranmış çətin vəziyyətdə dəstək vermək lazımdır.

"Problemin həllində əsas məsələ şiddətin dayandırılmasıdır", - XİN başçısı bildirib.

İcmal.Az

RƏYLƏR