Nazir: Bütün dünyanın diqqəti bizdə olacaq

OXUNUB: 972 İDMAN

"Düşünürük ki, İslam Oyunları keçirilən zaman bütün dünyanın diqqəti bizdə olacaq”. 

İcmal.Az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, açılış mərasimində ölkə başçılarının iştirakı hələ təsdiqlənməyib.

Nazir bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarında bu il bəzi səbəblərə görə Sudan, Liviya, Küveytdən olan idmançılar iştirak etməyəcək:

"Bu, onların öz qərarlarıdır, biz onların hansı səbəbə görə Oyunlarda iştirakdan imtina etdiklərini bilmirik. İslam Oyunlarında Azərbaycan heç bir xarici ölkənin idmançılarının xərclərini ödəmir. Əksinə, hər bir idmançı qidasına və qalmasına görə ölkəmizə 50 dollar ödəyir”. 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycanın məqsədi bu Oyunlarda ümumi komanda hesabında birinci yeri tutmaqdır.

İcmal.Az

RƏYLƏR