Nazir: Əmək vergiləri azaldıla bilər

OXUNUB: 681 İQTİSADİYYAT

Əməkhaqları üzrə vahid vergi yükünün müəyyənləşdirilməsi təklif edilir. Bu, hazırda maaşlardan tutulan vergilərin əhəmiyyətli dərəcədə azalması deməkdir.

İcmal.Az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərindən bəlli olub ki, Vergilər Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə işçilərin əməkhaqqından ödənilən vergilərin azaldılması ilə bağlı müzakirələr aparır. 

Azərbaycanda kiçik və orta sahibkarların da vergi yükünün nəzərəçarpacaq dərəcədə azaldılmasının da nəzərdə tutulduğunu deyən M.Cabbarov deyib ki, bununla bağlı dövlət büdcəsi paketinə bir sıra dəyişikliklər edilə bilər: 

"Vergi uçotunun bərpası da təklif edilən dəyişikliklərdən biridir. O cümlədən, vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi də mümkündür”. 

İcmal.Az

RƏYLƏR