"Azərbaycan hökuməti yaxın zamanlarda ölkə iqtisadiyyatının inkişaf tempi ilə bağlı müsbət dəyişikliklər gözləyir”.
İcmal.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2016-cı il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Onun sözlərinə görə, dəyişikliklər ölkədə həyata keçirilən islahatların, eləcə də qonşu ölkələrdə vəziyyətin yaxşılaşması fonunda proqnozlaşdırılır.
İcmal.Az