Nazpəri Dostəliyevanın küsülü olduğu bacısı haqqında bunları bilmirdiniz

OXUNUB: 1335 ŞOU-BİZNES
Tanınmış müğənni Zeynəb Dostəliyeva ölkə.az-ın suallarını cavablandırıb.

- Zeynəb xanım, yaradıcılıqdan başlayaq. Hansı yenilikləriniz var?

- Hazırda xalq çalğı alətləri ansamblları fəaliyyət göstərmir. Məsələn, "Endim bulaq başına" mahnısını oxumuşam. Çox istərdim ki, həmin mahnının məhz ansamblla yazdırım. Hər zaman Əliağa Quliyevlə, Baba Salahovla, xüsusən Adil Bağırovun ansamblıyla çıxışlar etmişəm. Onlar olmadığı üçün mahnılarımı sintezatorla yığdırmağa məcburam.

- Xeyli vaxtdır efirdə yoxsunuz, hətta zahiri görünüşünüzdə də dəyişiklik var...

- Bəli, çöx kökəlmişəm. Çünki idmandan qalmışam. Artıq iki ildir idman etmirəm. 

- Hətta mən sizin efirdə şpaqat açdığınızı da görmüşdüm. Deyəsən gimastikayla məşğul olurdunuz.

- Gimnastika yox, karateylə məşğul olurdum, müəllimim də öz qardaşım idi. 

- Nailiyyətləriniz var?

- Yarışlarda nəticələrim yoxdur, ancaq yetərincə peşəkar formada məşğul olurdum.

- İki ildir idman etmirsiniz. İndi şpaqat aça bilərsiniz?

- Nəinki şpaqat açmaq, masanın üzərində başı aşağı, ayağı yuxarı dayana bilərəm. Hətta bu çəkimlə də həmin hərəkətləri bacararam.

- Bu çəkimlə deyərkən?

- Hazırda çəkim 96 kiloqramdır. Əvvəl isə maksimal çəkim 70 kiloqram olurdu.

- Yeri gəlmişkən, efirdə şpaqat açan xanımları sərt tənqid edirdilər...

- Efirdə niyə şpaqat açırsan ki? Mən qızımgilin evinin idman zalında şpaqat açmışdım. Efir geyimində heç vaxt şpaqat açmaram.

- Hələ də fəxri adınız yoxdur...

- Hara gedirəmsə, məni əməkdar artist, xalq artisti kimi təqdim edirlər və qarşılayırlar. Vaxtilə AzTV-nin, Filarmoniyanın solistiydim. İndi həmin yerlər zəbt olunub (gülür).

- Nazpəri xanımın böyük bacısısınız... (sözümü kəsir)
- Gəlin o barədə danışmayaq. 

- Soruşacağım başqa sualdır. Bildiyimə görə Nazpəri xanımın sənətə gəlməyində müəyyən rolunuz olub.

- Müəyyən yox, çox böyük rolum olub.

- Bu gün medianın sizi Zeynəb Dostəliyeva kimi yox, Nazpərinin bacısı kimi təqdim etməsi sizi sevindirir, yoxsa məyus edir?

- O mənim başımın ucalığıdır və fəxr edirəm. Əlbəttə, öz adımla təqdim edilməyimi istəyərəm. Özümün kifayət qədər publikam var. 

- Qırx il səhnədə olan sənətkarsınız, amma...

- Bir müddət sənətimdə fasilələr oldu. Məni o vaxt Opera və Balet Teatrına dəvət edib "Gəlin qayası"nda rol verirdilər. 

- Bəlkə toylardan vaxt tapa bilmədiyiniz üçün sırf sənət üçün çox işlər görə bilmədiniz?

- Toy məclisində də lazımınca öz ləyaqətimi saxlamışam.

- Hər halda toy səhnə deyil...

- Səhnə olmasa da, xalqın içidir. Efirə çıxanda bilmirik ki, kimin evində "qonağıq". Toyda isə kimlərin arasında olduğunu görürsən.

- Niyə Nazpəri xanımla bağlı sual verəndə sözümü kəsdiniz?

- Çox yerdə deyirlər ki, niyə sənətinizə dəstək olmur? Niyə mənə dəstək olmalıdır ki? Öz canımda olmalıdır da. 

- Amma dediniz ki, sizin onun karyerasında böyük rolunuz olub.

- Mən məsələyə elə baxmıram. Zamanında mən onu qaldırdım, gəldi inkişaf etdi, işiylə məşğul oldu. Efirdə mənə dəstək olmasa da, həyatda böyük dəstəyi var.

- Maddi, yoxsa mənəvi?

- Həm maddi, həm mənəvi dəstəyimdir və bunu itirə bilmərəm./big
 

İcmal.Az

RƏYLƏR