Netanyahuya etirazlar davam edir - Rüşvət skandalı

OXUNUB: 633 DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu haqqında açılan cinayət işinin istintaqının ləng aparılmasına etiraz edən xalq aksiya keçiriblər.

Baş nazir rüşvət aldığı iddiası ilə açılan cinayət işində 4 dəfə məhkəmədə ifadə verib.

Etirazçı kütlə prosesin daha da sürətləndirilməsi üçün İsrailin baş hakimi Avihai Mandelblitin evinin qarşısında toplaşıblar.

Etirazçılar Afula şəhərində də aksiya keçiriblər.

Qeyd edək ki, B.Netanyahunun əməli sübuta yetirilərsə vəzifəsindən istefa edəcəyi gözlənilir./qafqazinfo

İcmal.Az

RƏYLƏR